Türkiyə Respublikasının keçmiş Prezidenti Əhməd Necdət Sezər İlham Əliyevə telefonla zəng etmişdir
Text size
23 dekabr 2011, 17:30
Dekabrın 23-də Türkiyə Respublikasının keçmiş Prezidenti Əhməd Necdət Sezər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Əhməd Necdət Sezər dövlətimizin başçısına anadan olmasının 50 illiyi münasibətilə təbriklərini çatdırmış, ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulamışdır.
Dövlətimizin başçısı təbrikə və diqqətə görə Əhməd Necdət Sezərə minnətdarlığını bildirmişdir.
Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Əhməd Necdət Sezər keçirdikləri görüşləri və danışıqları məmnunluqla yad etdilər.