2011-ci il oktyabrın 20-də Batumi şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Gürcüstanın Daxili İşlər Nazirliyi arasında əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi və cinayətkarlıqla bağlı informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
22 dekabr 2011, 20:40
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il oktyabrın 20-də Batumi şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Gürcüstanın Daxili İşlər Nazirliyi arasında əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi və cinayətkarlıqla bağlı informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan tərəfini xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2011-ci il.