Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən və İdarə Heyətinin üzvlərindən
22 may 2020, 17:00
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Biz Azərbaycan Respublikasının milli bayramının, müstəqilliyinin elan edilməsinin 102-ci ildönümünün qeyd olunmasında Azərbaycan xalqının sevincini bölüşür, Zati-alinizə və Birinci vitse-prezidentə təbriklərimizi çatdırırıq. Dünyanın üzləşdiyi maneələrə və çağırışlara baxmayaraq, Azərbaycanın ötən 28 il ərzində nail olduğu çox böyük inkişafı yüksək dəyərləndiririk.
Biz Sizə və Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq. Ümid edirik ki, ölkəniz bütün bəşəriyyətin koronavirus xəstəliyi ilə mübarizə apardığı bu çətin dövrdə sülh, tərəqqi və inkişaf yolu ilə irəliləməkdə davam edəcək. Biz Sizin rəhbərliyinizlə ölkənizin təkcə virusun yayılmasının qarşısının alınması, xəstəliyin təsirinin aradan qaldırılması üçün atdığı qətiyyətli addımları deyil, həmçinin digər ölkələrdə bu pandemiya ilə mübarizədə köməyə ehtiyacı olan insanlara etdiyi yardımı da yüksək dəyərləndirdiyimizi bildiririk.
Zati-aliləri, biz, həmçinin məmnuniyyətlə qeyd etmək istəyirik ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər zaman olduğu kimi, qarşılıqlı dəstək ruhunda bir çox yerlərdə irəli sürülən çoxsaylı təşəbbüslərdə fəal tərəfdaş olub. Pandemiyanın səbəb olduğu hərəkət məhdudiyyətlərinə baxmayaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 27 ölkədə ehtiyac duyanlara dəstək olub, əsas tutduğu dəyərlərə sadiq qalıb.
Cənab Prezident, bu fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasına, inkişafına və beynəlxalq səviyyədə tanınmasına yaxından diqqət göstərdiyinizə görə Sizə ürəkdən təşəkkürlərimizi bildiririk. İnanırıq ki, biz birlikdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini gücləndirməkdə davam edəcəyik və daha çox uğura nail olacağıq.
Xahiş edirəm Sizə olan ən yüksək ehtiramımızı qəbul edin.
Səmimiyyətlə,
Vayra Vike-Freyberqa
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
1999-2007-ci illərdə Latviya Respublikasının sabiq Prezidenti
İsmail Serageldin
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti
Türki bin Feysəl bin Əbdüləziz Al Saud
Kral Feysəl Fondunun İslam Araşdırmalar Mərkəzinin sədri
Kerri Kennedi
Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti
Jefri Saks
Kolumbiya Universitetinin Davamlı İnkişaf
Mərkəzinin direktoru, professor
Helen Klark
1999-2008-ci illərdə Yeni Zelandiyanın Baş Naziri,
2009-2017-ci illərdə BMT İnkişaf Proqramının əlaqələndiricisi
Boris Tadiç
2004-2012-ci illərdə Serbiyanın sabiq Prezidenti
İv Leterme
2008, 2009-2011-ci illərdə Belçikanın Baş Naziri
Kailaş Satyarti
Nobel Sülh mükafatı laureatı,
Kailaş Satyarti Uşaq Fondunun təsisçisi
Noelen Heyzer
2007-2014-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini
Natali Qule
“Societer” təşkilatının həmtəsisçisi və tərəfdaşı
Marianna Vardinoyannis
UNESCO-nun xoşməramlı səfiri
Rosen Plevneliyev
2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti
Əmr Musa
2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi
Eka Tkelaşvili
2010-2012-ci illərdə Gürcüstanın Baş Nazirinin müavini
Laimdota Strauyuma
2014-2016-cı illərdə Latviyanın Baş Naziri
Valdis Zatlers
2007-2011-ci illərdə Latviyanın Prezidenti
Tzipi Livni
2006-2009-cu illərdə İsrailin Xarici İşlər naziri
Peter Medgyessi
2002-2004-cü illərdə Macarıstanın Baş Naziri
Zlatko Laqumciya
2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş Naziri,
2012-2015-ci illərdə Xarici İşlər naziri
Filip Vuyanoviç
2003-2018-ci illərdə Monteneqronun Prezidenti
Viktor Yuşenko
2005-2010-cu illərdə Ukraynanın Prezidenti
Katerina Yuşenko
2005-2010-cu illərdə Ukraynanın birinci xanımı,
“Ukrayna 3000” Beynəlxalq Xeyriyyə Fondunun Müşahidə Şurasının rəhbəri
Mladen İvaniç
2014-2018-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü
Rəşid Alimov
2016-2019-cu illərdə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi
Jozef Muskat
2013-2020-ci illərdə Maltanın Baş Naziri
Yadranka Kosor
2009-2011-ci illərdə Xorvatiyanın Baş Naziri
İvo Yosipoviç
2010-2015-ci illərdə Xorvatiyanın Baş Naziri
Stepan Mesiç
2000-2010-cu illərdə Xorvatiyanın Prezidenti
Mirko Svetkoviç
2008-2012-ci illərdə Serbiyanın Baş Naziri
Sali Berişa
1992-1997-ci illərdə Albaniyanın Prezidenti
2003-2015-ci illərdə Albaniyanın Baş Naziri
Recep Meidani
1997-2002-ci illərdə Albaniyanın Prezidenti
Buyar Nişani
2012-2017-ci illərdə Albaniyanın Prezidenti
Jan Ömər Beriziki
2011-2014-cü illərdə Madaqaskarın Baş Naziri
Daliya İtzik
İsrailin sabiq Prezidenti
Elza Papademetru
Yunanıstan parlamentinin sabiq vitse-prezidenti
Rozalia Artega Serrano
Ekvadorun sabiq Prezidenti
Giorgi Marqvelaşvili
2013-2018-ci illərdə Gürcüstanın sabiq Prezidenti
Emil Konstantinesku
1996-2000-ci illərdə Rumıniyanın sabiq Prezidenti
Şövkət Əziz
2004-2007-ci illərdə Pakistanın Baş Naziri
Jomart Otorbayev
Qırğızıstanın sabiq Baş Naziri
Rövşən Muradov
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi