Slovakiya Respublikasının Prezidenti İvan Qaşparoviçdən
Text size
22 dekabr 2011, 17:20
Zati-aliləri,
Sizin yubileyiniz münasibətilə təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, şəxsi həyatınızda xoşbəxtlik və öz ali vəzifənizdə bundan sonrakı fəaliyyətinizdə də bol-bol uğurlar arzulayıram.
Bununla yanaşı, arzu edirəm ki, Slovakiya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf etsin.
Zati-aliləri, Sizi öz dərin ehtiramıma əmin etmək istəyirəm.
Hörmətlə,
İvan Qaşparoviç
Slovakiya Respublikasının Prezidenti