logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair” Protokolunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Text size icon-size icon-size

19 may 2020, 17:22

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2019-cu il sentyabrın 9-da Nur-Sultan şəhərində imzalanmış “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair” Protokol Azərbaycan Respublikasının ona dair bəyanatı ilə təsdiq edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 may 2020-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi