Vidadi Hüseynov və Sehran Əliyevdən, Neftçala, Azərbaycan
18 may 2020, 18:20
Hörmətli Mehriban xanım.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçıları olaraq Sizlərin respublikamızın inkişaf yolunda gördüyünüz işlər “Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin üzvləri olaraq tərəfimizdən təqdir edilir.
Son zamanlar bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının yayılması ilə əlaqədar Sizlərin çevik və operativ sərəncam və qərarlarınız insanlarımızı bu böyük bəladan çox az itki ilə xilas etdi. Bu, Sizin və cənab Prezidentimizin qəhrəmanlığınızdır.
Çox hörmətli Mehriban xanım, görülən bütün işlərə görə İctimai Birliyimizin üzvləri adından Sizlərə dərin hörmətimizi və minnətdarlığımızı bildiririk. Biz hər zaman Sizin daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyirik.
Allah Sizləri qorusun, uğurlarınız bol olsun.
Hörmətlə,
Hüseynov Vidadi
Əliyev Sehran.
Azərbaycan Respublikası, Neftçala rayonu.