“Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
15 may 2020, 18:36
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Elm haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1366; 2018, № 11, maddə 2198) aşağıdakı dəyişikliklər edilsin:
1. 16.3-cü maddəyə “müəssisələrin” sözündən sonra “(təşkilatların)” sözü əlavə edilsin.
2. 24-cü maddə üzrə:
2.1. adına “müəssisənin” sözündən sonra “(təşkilatın)” sözü əlavə edilsin;
2.2. 24.1-ci və 24.5-ci (hər iki halda) maddələrə “müəssisələrin” sözündən sonra “(təşkilatların)” sözü əlavə edilsin;
2.3. 24.4-cü maddə üzrə:
2.3.1. birinci cümləyə “müəssisələrin” sözündən sonra “(təşkilatların)” sözü əlavə edilsin;
2.3.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Elmi müəssisələrin (təşkilatların) akkreditasiyası ali attestasiya orqanı tərəfindən həyata keçirilir.”;
2.4. 24.6-cı maddə üzrə:
2.4.1. birinci cümləyə “müəssisələrə” sözündən sonra “(təşkilatlara)” sözü əlavə edilsin;
2.4.2. ikinci cümləyə “müəssisə” sözündən sonra “(təşkilat)” sözü əlavə edilsin;
2.5. 24.7-ci maddəyə “müəssisələr” sözündən sonra “(təşkilatlar)” sözü əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 aprel 2020-ci il.