Nelli Veysovadan, Bakı, Azərbaycan
14 may 2020, 12:20
Hörmətli Mehriban xanım.
Ölkəmizin dünyada söz və nüfuz sahibi olmasında möhtərəm Prezidentimiz İlham Əliyevlə yanaşı Sizin də xidmətləriniz əvəzsizdir. Cənab Prezidentin uzaqgörən siyasəti və göstərişləri nəticəsində Azərbaycanda pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu sahədə Sizin təqdirəlayiq xidmətlərinizi də xüsusilə qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun karantin rejimində xalqımızın yaşlı nümayəndələrinə böyük dəstək olması hər bir vətəndaşın Sizin üçün nə qədər dəyərli olduğunun göstəricisidir. Sizin Azərbaycan xalqına müraciətinizin bir cümləsi mənim yaddaşıma həkk olunmuşdur: “Biz bir-birimizdən fərqliyik, amma evimiz birdir”. Bu sözlərlə Azərbaycan xalqının Sizin böyük ailəniz olduğunu təsdiqləmisiniz. Ailədə isə sevilməyən üzv olmur. Bir övlad, həyat yoldaşı, ana və nənə kimi xalqımıza “Evdə qal” müraciətinizin çox təsirli olduğunu qeyd etmək istəyirəm. Mən bu müraciəti göz yaşlan ilə dinləmişəm. Karantin dövründə Sizin təşəbbüsünüz ilə talassemiyalı, hemofıliyalı xəstələrə qanvermə aksiyasını xalq böyük rəğbətlə qəbul edib, bu aksiyaya qoşulmuşdur. Tibb işçilərinə verdiyiniz yüksək qiymət hər birimiz üçün qürurverici haldır. Sizə şəxsən öz adımdan və bütün tibb işçiləri adından dərin minnətdarlığımı bildirirəm. Dəstəyinizi həmişə duyaraq Sizə güvənirik. Hər an Sizinləyik. Birlikdə güclüyük.
Dərin hörmətlə,
Veysova Nelli Əhməd qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri.