logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qabil Məmmədov, Zərdab, Azərbaycan

Text size icon-size icon-size

09 may 2020, 13:30

Möhtərəm cənab Prezident.

Dünyanı bürüyən koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə görülən tədbirlər ən yüksək səviyyədə təşkil edilib. Ölkəmizdə hələ ilk yoluxma baş verməmişdən əvvəl lazımi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi bu xəstəliyin geniş yayılmasının qarşısını aldı. Fərdi mühafizə vasitələri istehsal edən müəssisənin, “Yeni klinika” tibb müəssisəsinin istifadəyə verilməsi, sosial təcrid tədbirlərinin və xüsusi karantin rejiminin tətbiq edilməsi vətəndaşların sağlamlığına yönəlmiş və vaxtında atılmış addımlardır. Artıq ölkəmiz bu virusla mübarizədə bir nümunə oldu və digər ölkələr bu təcrübədən istifadə etməyə başladılar. İnsanların evdə qalmasına baxmayaraq, onların təqaüdləri, sosial müavinətləri, əməkhaqları vaxtında və tam ödənilir.

Siz çıxışlarınızın birində insanların sağlamlığının daha vacib olduğunu birmənalı şəkildə bildirməklə həmişə hər bir vətəndaşı düşündüyünüzü, onların sağlamlığının Sizin üçün nə qədər önəmli olmasını bir daha sübut etdiniz. Pandemiya ilə mübarizə bizim birlikdə güclü olmağımızı, sosial məsuliyyətimizi təsdiq etdi. Karantin rejimi müddətinin bir neçə dəfə uzadılması da sözsüz ki, yaranmış vəziyyətdən ən az itkilərlə çıxmaq, insanların sağlamlığının qorunması üçün atılmış addımlar. Sizin rəhbərliyinizlə həyata keçirilən bütün bu tədbirlər insanlara yüksək qayğınızın əyani nümunəsidir.

Buna görə Sizə, həmçinin Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Sizinlə və dövlətimizlə qürur duyuruq.

Hörmətlə,

Məmmədov Qabil, məktəb direktoru.

Azərbaycan Respublikası, Zərdab rayonu, Yuxarı Seyidlər kəndi.  

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi