Nəbi Yusifovdan, Gəncə, Azərbaycan
07 may 2020, 13:05
Möhtərəm cənab Prezident!
Sivil dövlətlər səviyyəsində inkişaf edən, dünya birliyində, beynəlxalq təşkilatlarda öz layiqli yerini tutan, milli-mənəvi dəyərlərini zənginləşdirərək ümumbəşəri dəyərlərə sürətlə inteqrasiya edən, çiçəklənən, ulu öndər Heydər Əliyevin şah əsəri sayılan Azərbaycan özünün xoşbəxt gələcəyini Sizin rəhbərliyinizdə, varlığınızda görür. İşlədiyiniz müddətdə dünyanın ən qüdrətli dövlətləri ilə apardığınız iqtisadi əməkdaşlıq, daxili və xarici siyasət, elm, təhsil, mədəniyyət sahələrinin inkişafı Sizin uzaqgörənliyinizdən, qətiyyətli və təcrübəli olmağınızdan xəbər verir.
Gəncəyə və gəncəlilərə hörmət, diqqət və qayğınız həmişə olub. Şəhərimizə gəlişləriniz toy-bayramla qarşılanıb. And, inam, həm də ziyarət yerimiz olan “İmamzadə” məscidinə getməyiniz, oranın təmirinə vəsait ayırmağınız danılmaz faktdır. Filarmoniya binasının təməlini qoymağınız, açılışında iştirakınız, dünya poeziyasının incisi Nizami Gəncəvinin İtaliyanın paytaxtı Roma şəhərində abidəsinin ucaldılması, açılışında Sizin və Mehriban xanımın iştirakı qürur duyulmalı işlərdir.
Dünyada tüğyan edən, ən böyük dövlətləri belə qorxuya və təlatümə salan koronavirus xəstəliyinin Sizin böyük təşkilati işinizin nəticəsidir ki, Azərbaycanda geniş yayılmasına imkan verilmədi. İmkansız vətəndaşlara vardım göstərilməsini, yaşı 65-dən yuxarı olan onlarla məhbusu əfv etməyinizi sevinclə qarşıladıq.
Bütün bunlara görə Sizə təşəkkür etməyi və minnətdarlıq məktubu göndərməyi vacib və lazım bildim.
Allah köməyiniz olsun! Allah Sizi qorusun!
Hörmətlə,
Yusifov Nəbi Qənbər oğlu Azərbaycan Respublikası, Gəncə şəhəri.