Çexiya Respublikasının Prezidenti Zati-aliləri cənab Vatslav Klausa
Text size
19 dekabr 2011, 16:40
Hörmətli cənab Prezident,
Çexiya Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Vatslav Havelin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Çexiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 dekabr 2011-ci il.