06 may 2020, 18:05

Baba və nəvə Eyvaz Əliyevdən, Abşeron, Azərbaycan

Əziz Prezidentimiz.

Bu məktubu Sizə babamla birlikdə yazıram. Bu sınaqlı günlərdə Sizin də, Birinci vitse-prezidentimizin də hər bir azərbaycanlıya öz ailə üzvü kimi yanaşmağınızı, diqqət və qayğınızı görür, varlığınızla qürur duyuruq.

Babam deyir ki, bu günlər göstərdi ki, Siz təkcə hər bir azərbaycanlının Prezidenti deyil, həm də doğmasısınız.

Möhtərəm Prezidentimiz, əmin ola bilərsiniz ki, mən və bacım Sizin “böyüklərinizi qoruyun” tövsiyənizə canla-başla əməl edir və çalışırıq ki, nə özümüzü, nə də 86 yaşlı babamızı bu virusa yoluxdurmayaq.

Möhtərəm cənab Prezident, necə ki, Siz dövlətimizi, xalqımızı qoruyursunuz, eləcə də Allah Sizi qorusun.

Hörmətlə,

Baba və nəvə Eyvaz Əliyevlər.

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi.