Qətər Dövlətinin Vəliəhdi Əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə
Text size


17 dekabr 2011, 16:30
Əlahəzrət,
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Qətər dostluğu və əməkdaşlığının inkişafı və möhkəmlənməsi daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, qardaş xalqınıza sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 10 dekabr 2011-ci il.