logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Həməd bin Xəlifə Al Taniyə

Text size icon-size icon-size

17 dekabr 2011, 16:00

Əlahəzrət,

Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xoş ənənələri mövcuddur. Əminəm ki, bu ənənələri daim yaşatmaq, əlaqələrimizi hərtərəfli genişləndirmək yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qətər xalqına əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 dekabr 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi