Sədaqət Hüseynovadan, Abşeron, Azərbaycan
05 may 2020, 19:55
Möhtərəm cənab Prezident.
Dünyanı cənginə alan koronavirus pandemiyası qarşısında ən inkişaf etmiş ölkələr aciz qaldığı təqdirdə Sizin uzaqgörən, uğurlu siyasətiniz nəticəsində Azərbaycanda bu bəlanın yayılmasının qarşısı alınmış və hegemon ölkələrə örnək göstərilmişdir. Pandemiya dövründə dünya azərbaycanlılarının, imkansız ailələrin yanında olduğunuz və əsl həmrəyliyin necə olduğunu bizlərə yaşatdığınız üçün Sizə minnətdarıq. Vaxtında verilmiş qərarlarınız nəticəsində Azərbaycan xalqı tam əmin-amanlıqdadır. Sağlam və firavan yaşayır. Sizin qayğınız bizi ürəkləndirir. Sizin gördüyünüz bütün işlər ailəmiz və xalqımız tərəfindən çox bəyənilir. Xalqa göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq.
Hörmətlə,
Sədaqət Hüseynova
Azərbaycan Respublikası, Abşeron rayonu.