İlham Əliyev Zaqatala rayon Mədəniyyət evi ilə tanış olmuşdur
Text size
08 iyul 2010, 12:03
Prezident İlham Əliyev Zaqatala rayon Mədəniyyət evində aparılmış əsaslı yenidənqurma işləri ilə tanış olmuşdur.
Məlumat verildi ki, 1959-cu ildə inşa edilmiş binada aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra Mədəniyyət evi müasirliyi ilə seçilir.
Məlumat verildi ki, Zaqatala Mədəniyyət evində 2 xalq kollektivi, xalq teatrı və xalq kəndirbazlar qrupu, səyahətlər klubu və 5 dərnək fəaliyyət göstətir.
Prezident İlham Əliyev Mədəniyyət evinin yaxınlığında müharibə veteranları və əlillər üçün bağda yaradılmış şəraitlə də tanış oldu.
Dövlət başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.