logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əhliman Hacıyevdən, Ağdaş, Azərbaycan

Text size icon-size icon-size

04 may 2020, 18:20

Möhtərəm cənab Prezident.

Bütün dünyanı dəhşətə gətirən koronavirus pandemiyası ilə əlaqədar həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər xalqımıza olan məhəbbət və sevginizin təzahürüdür. Sizin müdrik və uzaqgörən siyasətiniz, həyata keçirilən qətiyyətli və qabaqlayıcı tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradır. Azərbaycan qısa müddət ərzində çoxlarının hətta uzun vaxta belə qət edə bilmədiyi bir yol keçmişdir. Ümid edirik ki, dünyanı cənginə alan xəstəlikdən tezliklə qurtulacağıq.

Meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyiniz diqqət və qayğı, Sizin rəhbərliyinizlə ölkəmizdə bu sahədə həyata keçirilmiş önəmli genişmiqyaslı layihələr sayəsində əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır, kənd təsərrüfatı məhsullarının istehsalı artır. Bütün bunlar bir daha sübut edir ki, xalqımızın gələcəyi əmin əllərdədir.

Ağdaş Suvarma Sistemləri İdarəsinin kollektivi adından dərin hörmətlə,

Hacıyev Əhliman Səlim oğlu, Əməkdar mühəndis.

Azərbaycan Respublikası, Ağdaş rayonu, Türyançay qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi