Çingiz Abbasovdan, Tovuz, Azərbaycan
04 may 2020, 15:00
Möhtərəm cənab Prezident.
Mən Sizə Tovuz rayonundan yazıram. Bakıda yaşasam da, Novruz bayramı ilə əlaqədar nəvələrimlə birgə ata yurduma gəlmişdim.
Dünyanı saran koronavirus bəlası ilə mübarizə tədbirlərini paytaxtda olanda da diqqətlə izləyirdim. Sizin təşəbbüsünüzlə yaradılmış Operativ Qərargah xalqımızın sağlamlığının qorunmasında, dövlətimizin pandemiyadan ən az itkilərlə çıxmasında müstəsna rol oynadı. Daim insanlar arasında olan bir adam kimi xalqın yekdil fikrini Sizə çatdırıram ki, bütün bunlar Sizin böyük qətiyyətiniz və iradəniz sayəsində mümkün oldu.
Sizin “Biz birlikdə güclüyük!” çağırışınız hər bir insana böyük ruh verdi. Ayırdığınız 3,5 milyard manatlıq yardım paketi bu bəla ilə mübarizədə insanlara əvəzsiz kömək oldu. Həssas təbəqəyə aid insanların problemləri Prezidentin qayğısı, dövlətimizin dəstəyi və xeyriyyəçilərin yardımları ilə yüksək səviyyədə həllini tapdı.
Cənab Prezident, həyatın hər üzünü görmüş yaşlı bir insan kimi bildirmək istəyirəm ki, xalq Sizi çox sevir, Sizə və ailənizə alqış edir. Mən də xalqımıza qoşularaq səmimi qəlbdən deyirəm: “Böyük Allah Prezidentimiz İlham Əliyevi qorusun!”.
Dərin hörmətlə,
Abbasov Çingiz Abbas oğlu, Azərbaycan Auditorlar Palatasının üzvü, Tovuz Xeyriyyə Cəmiyyətinin vitse-prezidenti.
Azərbaycan Respublikası, Tovuz rayonu.