İlham Əliyev ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı Uilyam Freyzeri qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
12 dekabr 2011, 18:00
Prezident İlham Əliyev ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı Uilyam Freyzeri qəbul etmişdir.
ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı Uilyam Freyzer bu vəzifəyə təyin olunduqdan sonra ilk səfərini Azərbaycana etdiyini vurğuladı. 12 dekabrın Azərbaycan xalqı üçün xüsusi bir gün olduğunu deyən Uilyam Freyzer bu gün Fəxri xiyabana gedərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edəcəyini bildirdi. Beynəlxalq terrorizmə qarşı mübarizədə ölkəmizin fəaliyyətinə toxunan Uilyam Freyzer Əfqanıstandakı sülhməramlı missiyanın fəaliyyəti ilə bağlı nəqliyyat təminatında Azərbaycanın rolunu yüksək qiymətləndirdi.
Dövlət başçısı ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı Uilyam Freyzerin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından önəmini qeyd etdi.
Azərbaycanın ilk gündən Əfqanıstandakı beynəlxalq sülhməramlı missiyanın tərkibində fəaliyyət göstərdiyini vurğulayan Prezident İlham Əliyev missiya ilə bağlı humanitar sahədə əməkdaşlığın getdikcə genişləndiyini qeyd etdi.
Görüşdə Azərbaycan ilə ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizədə birgə fəaliyyəti, təhlükəsizlik, enerji sahələrində və digər sahələrdə əməkdaşlığın bundan sonra da davam etdirilməsinə dair fikir mübadiləsi aparıldı.