Babək İsmayılzadədən, Abşeron, Azərbaycan
30 aprel 2020, 15:45
Hörmətli cənab Prezident.
Mən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin ikinci kurs tələbəsiyəm. Sizə bu məktubu yazmaqla bildirmək istəyirəm ki, belə çətin günlərdə xalqa göstərmiş olduğunuz diqqət və qayğı ən yüksək qiymətə layiqdir.
Sizin imzaladığınız Fərman və Sərəncamlar bir daha sübut etdi ki, dövlətin ali məqsədi xalqın rifahını təmin etməkdir. Mən bir gənc tarixçi olaraq Sizin siyasətinizi ürəkdən dəstəkləyirəm. Şəxsən öz adımdan, ailəmizin adından, eləcə də tələbəsi olduğum Bakı Dövlət Universitetinin gənc kollektivi adından Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin hörmət və minnətdarlığımı bildirirəm.
Gəncləşən və güclənən Azərbaycan uğrunda daim irəli!
Hörmətlə,
Bakı Dövlət Universitetinin tələbəsi İsmayılzadə Babək Əfsər oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.