logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elnur Dünyamalıyevdən, Abşeron, Azərbaycan

Text size icon-size icon-size

30 aprel 2020, 15:20

Hörmətli cənab Prezident.

Mən dövlətimizin sıravi vətəndaşı olaraq Sizin dövlətimizin inkişafı, xalqımızın rifahı yolunda gördüyünüz işləri çox yüksək qiymətləndirir, özüm və ailəm adından Sizə və çox hörmətli Mehriban xanıma minnətdarlığımı bildirirəm.

Sizin keçirdiyiniz görüşləri, istər ölkə daxilində, istərsə də ölkəmizin hüdudlarından kənarda, beynəlxalq tədbirlərdə söylədiyiniz nitqləri böyük həvəslə dinləyirəm. İstərdim biləsiniz ki, Sizin xüsusilə sadə insanların hüquq və maraqları uğrunda çıxışlarınız bizlərdə böyük ruh yüksəkliyi oyadır, bizlərə işıqlı sabahlar naminə böyük həvəslə çalışmaq əzmi verir.

Cənab Prezident, dövlətimizin Sizin kimi rəhbəri olduğuna görə özümü çox xoşbəxt hiss edirəm. Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Dünyamalıyev Elnur Fəxrəddin oğlu

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi