logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Burkina-Fasonun Prezidenti Zati-aliləri cənab Blez Kompaoreyə

Text size icon-size icon-size

10 dekabr 2011, 17:00

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Burkina-Faso arasında təşəkkül tapmış dostluq münasibətləri daim inkişaf edərək əməkdaşlıq imkanlarımızı genişləndirəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 noyabr 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi