30 aprel 2020, 13:20

Amil Eyvazlıdan, Abşeron, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən Sizə və Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyevaya öz adımdan və ailəmin adından dərin minnətdarlığımı bildirirəm. Bu pandemiya dövründə uğurlu siyasətiniz nəticəsində xəstəliyin qarşısı alındı və tez bir zamanda əvvəlki həyatımıza dönəcəyik. Karantin dövründə işsiz vətəndaşlara birdəfəlik ödənilən 190 manat müavinət və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin təşkil etdiyi “Biz birlikdə güclüyük!” adlı yardım kampaniyasına görə Sizə bir daha təşəkkür edirik. Biz bu gün sayənizdə həmin yardımı aldıq. Allah Sizi qorusun. Sizə hər zaman dəstəyik.

Hörmətlə,

Amil Eyvazlı

Azərbaycan Respublikası, Abşeron rayonu.