logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əbil Zeynalov və başqalarından, Bakı, Azərbaycan

Text size icon-size icon-size

27 aprel 2020, 20:50

Hörmətli Mehriban xanım.

Bizdən - məcburi köçkün ailələrindən qayğınızı heç vaxt əsirgəmədiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Dünyanı bürümüş koronavirus pandemiyasından xalqımızın qorunması üçün cənab Prezidentimizlə birlikdə həyata keçirdiyiniz misilsiz tədbirlər və bu işlər nəticəsində Azərbaycanın dünyada ən təhlükəsiz ölkələrdən biri kimi bərqərar olması biz məcburi köçkünləri hədsiz dərəcədə sevindirir.

Sizə uzun ömür, cansağlığı və daha böyük nailiyyətlər arzu edirik. Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Zeynalov Əbil

Həziyev Hümbət

Mehdiyev Malik

Məmmədova Almaz

Qasımova Şəfəq və başqaları (cəmi: 80 nəfər)

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, "Qobu Park" yaşayış kompleksi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi