İlham Əliyev Rusiya Federasiyasının Baş naziri Vladimir Putinə telefonla zəng etmişdir
06 dekabr 2011, 12:00
Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş naziri Vladimir Putinə telefonla zəng etmişdir.
Dövlət başçısı Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına keçirilən seçkilərdə Vladimir Putini başçılıq etdiyi “Yedinaya Rossiya” partiyasının əldə etdiyi qələbə münasibətilə təbrik etmişdir.
Rusiya Federasiyasının Baş naziri Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Prezident İlham Əliyev və Baş nazir Vladimir Putin “Yeni Azərbaycan” partiyası ilə “Yedinaya Rossiya” partiyası arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd etmişlər.
Telefon söhbəti zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Baş naziri Vladimir Putin ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulamış və bu əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini bildirmişlər.