İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitriy Medvedevə telefonla zəng etmişdir
05 dekabr 2011, 19:45
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitriy Medvedevə telefonla zəng etmişdir.
Dövlət başçısı Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına keçirilən seçkilərdə siyahısına Dmitriy Medvedevin başçılıq etdiyi “Yedinnaya Rosiya” partiyasının qələbəsi münasibətilə Rusiya Prezidentini təbrik etmişdir.
Rusiya Federasiyasının Prezidenti Dmitriy Medvedev göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını bildirmiş, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə etmişlər.