Gözəl Abdullayevadan, Abşeron, Azərbaycan
Möhtərəm cənab Prezident.
Dünyanı cənginə alan pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələr belə aciz qalıb. Bəzi ölkələrdə vəziyyətə biganə yanaşıldığı halda, Sizin uzaqgörən siyasətiniz və göstərişləriniz nəticəsində Azərbaycanda pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb, dövlətimiz bütün imkanlarını virusun yayılmasının qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, apardığınız müdrik siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.
Cənab Prezident, bir vətəndaş kimi xalqa göstərdiyiniz yüksək qayğıya görə Sizə minnətdaram. İnanıram ki, xalqımız, eləcə də bütün bəşəriyyət bu bəladan tezliklə xilas olacaqdır. Bu çətin günlərdə Siz xalqımıza dayaqsınız, xalqımız isə daim Sizinlədir. Bir hərbçi ailəsinin üzvü, bir şəhid bacısı olaraq Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun. Sizinlə qürur duyuuq.
Hörmətlə,
Abdullayeva Gözəl Təvəkkül qızı, Qubadlı rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Abşeron rayonu.