Əflatun Sadıqovdan, Yardımlı, Azərbaycan
26 aprel 2020, 17:00
Möhtərəm cənab Prezident.
Məni bu məktubu yazmağa vadar edən səbəb bu ağır sınaq dövründə keçirdiyim qürur və iftixar hissidir. Bu ali hissləri bizə və hər bir Azərbaycan vətəndaşına yaşadan Sizsiniz.
Hər çıxışınız, hər sözünüz, əməli addımlarınız, təmkin və qürurunuz bu günlərdə bizə ruh verdi, yaşamaq istəyimizi və mübarizə əzmimizi artırdı. Nə yaxşı ki, Ulu Tanrı Sizi bizə bəxş etmişdir.
Bizi bu çətin sınaqdan ancaq Heydər Əliyev məktəbi keçmiş bir insan çıxara bilərdi. Hər şeyə görə Sizə təşəkkür edirəm, cənab Prezident! Min yaşayın! Biz daim Sizinləyik. Ulu Tanrı Sizi, ailə üzvlərinizi və Sizi sevənləri qorusun.
Məktubumu böyük türk şairi Mehmet Akif Ersoyun Sizi xatırladan sözləri ilə bitirmək istəyirəm:
"Sahibsiz olan bir məmləkətin batması haqdır,
Sən sahib olarsansa, bu Vətən batmayacaqdır!"
Dərin hörmətlə,
Sadıqov Əflatun.
Azərbaycan Respublikası, Yardımlı rayonu, Telavar kəndi.