Səyavuş Cəfərovdan, Bakı, Azərbaycan
26 aprel 2020, 12:30
Hörmətli cənab Prezident.
Siz Azərbaycan xalqı üçün həm Prezident, həm də millətin atasısınız, xalqın, millətin ümidgahısınız. Dar günlərdə, ağır məqamlarda bu xalqın xilaskarısınız.
Mənim 70, həyat yoldaşımın 66 yaşı var. Hər ikimiz II qrup əlilik. Sizin tövsiyələrinə əməl edərək evdən çıxmırıq. Bizim ailə Sizin ardıcıl şəkildə apardığınız bütün islahatları, daxili və xarici siyasətinizi dəstəkləyir, ölkəmizin bütün sahələrdə uğur əldə etməsindən fərəh hissi keçirir. Sizin sayənizdə insanlar ölkəmizdə əmin-amanlıq şəraitində yaşayırlar. Bütün bunlar Sizin mahir diplomatik təcrübənizin nəticəsində baş verir.
Sizin təşəbbüsünüzlə keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünə maraqla baxdıq. Səmimiyyətimə inanın, gözümdən qeyri-ixtiyari yaş gəldi, çox fərəh və qürur hissi keçirdim. Ona görə qürur hissi keçirdim ki, Sizin sayənizdə Azərbaycanımız dünyanın yaxşı mənada diqqət mərkəzində olan bir ölkədir. Dünyanın aparıcı dövlətləri ölkəmizlə hesablaşır, bəzən taleyüklü məsələlərin həllində Sizin təcrübənizdən istifadə edirlər.
Cənab Prezident, bu gün dünyanı cənginə alan koronovirus təəssüflər olsun ki, ölkəmizdən də yan keçmədi. Hər keçən gün dünyada ölüm və yoluxma hallarının sayı çoxalır. Dünyanın bir çox ölkələrində iqtisadiyyat çöküb. Belə bir vəziyyətdə Sizin hadisələri qabaqcadan görüb təhlil etmək bacarığınız və qabaqlayıcı tədbirlər həyata keçirməyiniz sayəsində ölkəmiz bu bəladan cüzi itkilərlə qurtulmaq üzrədir. Müdrik addımlarınızla bir daha göstərdiniz ki, Siz xalqın köməyi və dayağısınız. Əhalinin bütün təbəqələrinin sağlamlığının, sosial-iqtisadi vəziyyətinin yaxşı olması üçün hər şeyi edirsiniz. Sahibkarlara dəymiş ziyanın aradan qaldırılması, kiçik və orta sahibkarlığın, böyük biznes sahələrinin inkişafı üçün vəsait ayırıb, dəstək verirsiniz. Azərbaycan əhalisinin sosial müdafiəsinin təmin olunması məqsədilə ayırdığınız 2,5 milyard manat vəsait Sizin xalqımıza, millətimizə köməyinizin və dəstəyinizin təzahürüdür.
Siz bütün dünyaya göstərdiniz ki, təşkilatçılıq necə olmalı, ölkə başçısı xalqını qeydinə necə qalmalı, xalqını necə sevməlidir. Birmənalı olaraq deyirəm : bizim Prezidentimiz kimi. Biz Sizinlə fəxr edirik. Allah Sizi və ailənizi qorusun, yar və yardımçınız olsun.
Minnətdarlıq hissimi şeirlə davam etdirmək istəyirəm:
Azəri yurdunun mərd övladları,
Bu gün döyüş vaxtı, savaş vaxtıdır
Ana vətənimi, xalqı, milləti
Düşməndən qorumaq, mərdlik vaxtıdır,
Bu xalqa, millətə hörmət vaxtıdır.
Qaraca çoban da dağlara qalxıb,
Bir tonqal qalayıb, bir ocaq çatıb,
Cavadxanı çağırıb, Babəki anıb,
Ay ellər bilin ki, döyüş vaxtıdır,
Bu xalqa, millətə hörmət vaxtıdır.
Xidmət edir öz xalqına əvəzsiz,
Doğma övladımız, həkimlərimiz
Xalqın keşiyində polislərimiz,
Deyirlər evdə qalmaq vaxtıdır,
Bu xalqa, millətə hörmət vaxtıdır.
Hörmətlə,
Cəfərov Səyavuş Hüseyn oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.