logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ülkər Aslanovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

25 aprel 2020, 16:10

Hörmətli Mehriban xanım.

Bütün dünyanı bürüyən koronavirus bəlasından xalqımızın xilas olması üçün göstərdiyiniz səylər, verdiyiniz tapşırıqlar, vətəndaşlara infeksiyadan qorunmaqla bağlı etdiyiniz müraciətlər bizi çox sevindirir. Sizinlə qürur duyuruq. Bütün aztəminatlı ailələrə, tənha yaşayanlara tez-tez baş çəkilir, ehtiyacı olanlara ərzaq yardımı edilir.

Hörmətli Mehriban xanım, bütün bu işlərə görə Sizə və möhtərəm Prezidentimizə təşəkkür edirik. Hər zaman olduğu kimi, bu çətin günlərdə də ətrafınızda sıx birləşərək, bütün işlərinizdə Sizlərə yaxından kömək etməyə hazırıq.

Hörmətlə,

Aslanova Ülkər Zakir qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi