Aysel Əhmədovadan, Bakı, Azərbaycan
Text size


24 aprel 2020, 15:50
Möhtərəm cənab Prezident.
Bu məktub vasitəsilə Sizə dərin təşəkkürümü bildirmək, hörmət və ehtiramımı ifadə etmək istəyirəm.
Hazırkı pandemiya dövründə ölkəmiz üçün gördüyünüz işləri, xalqa göstərdiyiniz qayğını, dəstəyinizi alqışlayıram. Doğma yurdum Azərbaycanın Sizin kimi dövlət başçısı olduğu üçün qürur duyuram. Sizin məqsədyönlü fəaliyyətiniz sayəsində vətəndaşların sosial rifahı son illər ərzində xeyli yaxşılaşıb.
Cənab Prezident, ali dövləti fəaliyyətinizdə Sizə uğurlar, möhkəm cansağlığı arzulayıram.
Hörmətlə,
Əhmədova Aysel Kamil qızı, Ağdam rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Bakı şəhəri.