logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azər Məmmədovdan, Lənkəran, Azərbaycan

Text size icon-size icon-size

24 aprel 2020, 12:10

Möhtərəm cənab Prezident.

Çox sağ olun ki, belə çətin günlərdə ölkəmizin, xalqımızın taleyi ilə dərindən maraqlanır və narahatçılıq keçirirsiniz. Çəkdiyiniz zəhmətə və göstərdiyiniz səylərə görə Sizə sonsuz təşəkkürümüzü bildiririk.

Sizin və Mehriban xanımın illik əməkhaqlarınızı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyiniz nə qədər humanist və qayğıkeş olmağınızın göstəricisidir. Bütün təşəbbüs və çağırışlarınıza sahibkarlar olaraq biz də məmnuniyyətlə qoşulur, xalqımıza maddi və mənəvi yardım göstərməyi özümüzə borc hesab edirik. Çünki Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Uca Allah Sizi qorusun.

Dərin hörmətlə,

Məmmədov Azər İslam oğlu, “GREEN EAST” MMC-nin direktoru.

Azərbaycan Respublikası, Lənkəran şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi