İlham Əliyev Gürcüstanın xarici işlər nazirini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
07 iyul 2010, 13:34
Prezidenti İlham Əliyev Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul etmişdir.
Dövlət başçısı qonağın ölkəmizə səfərinin məhsuldar və uğurlu olacağına ümidvar olduğunu bildirdi. Azərbaycanla Gürcüstanın bütün istiqamətlərdə fəal əməkdaşlıq etdiyini vurğulayan Prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə etdi.
Xarici işlər naziri Qriqol Vaşadze Azərbaycanla Gürcüstan arasında əlaqələrin, xüsusilə beynəlxalq təşkilatlarda, ölkələrimiz üçün aktual olan ərazi bütövlüyü məsələlərində əməkdaşlığın necə inkişaf etdirilməsi barədə Azərbaycan Prezidenti ilə müzakirələr aparmağın çox vacib olduğunu dedi.
Prezident İlham Əliyev əməkdaşlığımızı daha da genişləndirmək üçün daimi məsləhətləşmələrin önəmli olduğunu vurğuladı.