İlham Əliyev Braziliyanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
30 noyabr 2011, 15:00
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paula Antonio Pereire Pintonun diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğu bildirildi, ölkələrimizin əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən müasir texnologiyaların tətbiqi sahəsində genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı.