Elmira Hacıyevadan, Şəki, Azərbaycan
23 aprel 2020, 11:25
Əzizimiz Mehriban xanım.
Bu gün dünyanın inkişaf etmiş bir çox ölkələrini çarəsiz qoyan, hər gün minlərlə can almaqda davam edən koronavirus pandemiyası təəssüf ki, doğma Azərbaycanımızdan da yan keçmədi. Cənab Prezidentimizin və Sizin təşəbbüsünüzlə görülən qabaqlayıcı tədbirlər, yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fondu pandemiyanın ölkəmizə təsirini minimuma endirib. Dünyada geniş vüsət almış koronavirusun Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyiniz təxirəsalınmaz tədbirləri, xüsusilə də insanların sağlamlığının qorunmasının əsas məqsəd kimi qarşıya qoyulması ictimaiyyət, o cümlədən biz həkimlər tərəfindən son dərəcə müsbət qarşılandı.
Xalqımız bir daha əmin oldu ki, dövlətimiz etibarlı əllərdədir. Əminik ki, Sizin gördüyünüz tədbirlər nəticəsində xalqımız bu bəladan tezliklə və az itki ilə qurtulacaqdır. Allahdan Sizə möhkəm cansağlığı diləyir, işlərinizdə bol-bol uğurlar arzulayıram.
Hörmətlə,
Hacıyeva Elmira Ələkbər qızı.
Azərbaycan Respublikası, Şəki şəhəri.