Albaniya Respublikasının Prezidenti İlir Meta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib
22 aprel 2020, 19:10
Aprelin 22-də Albaniya Respublikasının Prezidenti İlir Meta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Söhbət zamanı Azərbaycanla Albaniya arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Dövlət başçıları Trans-Adriatik qaz boru kəməri layihəsinin uğurla reallaşdırıldığını bildirərək, bunun həm ölkələrimiz arasında əlaqələrin, həm də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyini vurğuladılar.
Telefon danışığı zamanı İlir Metanın Azərbaycana səfəri məmnunluqla xatırlandı, bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi qeyd edildi.
Prezident İlham Əliyev və Prezident İlir Meta koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı məsələləri müzakirə etdilər.
Albaniya Prezidenti Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət etdi.
Dəvət minnətdarlıqla qəbul edildi.