22 aprel 2020, 11:15

Nahid Xəlilovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Hazırda dünyanı bürüyən COVID-19 epidemiyası bir çox ölkələrdə kütləvi insan ölümünə səbəb olub. Sevindirici haldır ki, Sizin verdiyiniz müdrik qərarlar sayəsində ölkəmizdə bu bəlanın qarşısının alınması üçün vaxtında lazımi tədbirlər həyata keçirildi. Xalqımızın bu epidemiyadan qorumaq üçün Sizin rəhbərliyinizlə atılan addımlar vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır. Vaxtında verilən müdrik qərarlar sayəsində Azərbaycanda aparılan tədbirlər nümunə göstərilir.

Ulu Tanrı xalqımızın daha sağlam və firavan sabahı naminə daim Sizi və ailənizi qorusun.

Hörmətlə,

Xəlilov Nahid Seymur oğlu.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.