logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qambiya Respublikasının Prezidenti Zati-aliləri cənab Yəhya Cammehə

Text size icon-size icon-size

28 noyabr 2011, 18:00

Hörmətli cənab Prezident,

Qambiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Qambiya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət, dost Qambiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 28 noyabr 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi