logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Gülzar Ocaqverdiyevadan, Goranboy, Azərbaycan

Text size icon-size icon-size

20 aprel 2020, 19:00


Hörmətli Mehriban xanım.

Çox hörmətli Prezidentimizin yanında Sizin kimi güclü Azərbaycan qadınının olması bizim bu sınaqdan üzüağ çıxmağımıza zəmin yaradır. Dünyanın güclü dövlətlərinin pandemiyanın qarşısında aciz qaldıqları bir vaxtda, Sizin zəhmətiniz, diqqətiniz və qayğınız sayəsində vətəndaşlarımıza yardımlar edilir. Siz bizim sağlamlığımızın qorunması uçun fədakarlıq edirsiniz. Mən bir Milli Qəhrəman anası olaraq bütün vətəndaşlarımız kimi, Heydər Əliyev Fondunun yardımlarını təqdir edirəm. Bu ağır günlərdə Siz Azərbaycanı necə sevdiyinizi, göz bəbəyi kimi qoruduğunuzu bir daha göstərdiniz.

Çox hörmətli Mehriban xanım, bu nəcib və xeyirxah əməllərinizə görə, bütün şəhid anaları adından Sizə təşəkkür edirəm. Allah yardımçınız olsun.

Dərin hörmətlə,

Milli Qəhrəman anası Ocaqverdiyeva Gülzar Kərim qızı

Azərbaycan Respublikası, Goranboy rayonu, Tatarlı kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi