Söhrab Qasımovdan, Bakı, Azərbaycan
20 aprel 2020, 18:30
Hörmətli Mehriban xanım.
Mən müharibə veteranı, birinci qrup əliləm. Sizə xalqımıza göstərdiyiniz köməyə görə minnətdarlığımı bildirirəm. Siz dünyanı bürüyən koronovirus bəlasına qarşı mübarizə aparırsınız, xalqımızın yanındasınız, millətimizə dəstək olursunuz. Allah Sizi qorusun. Mən və ailəm hər zaman Sizin yanınızdayıq. Mən fəxr edirəm ki, Ulu Öndərimizin siyasətini belə gözəl şəkildə davam etdirən Prezidentimiz və Birinci vitse-prezidentimiz var. Siz əsgərlərimizin də qayğısına xüsusi qalırsınız. Mən Ulu Öndərimizin Naxçıvana qayıdışı zamanı Ümummilli Liderimizi qucaq açıb qarşılamışam. Mən müqayisə edirəm, heç bir dövlət rəhbəri xalqını bizim Prezidentimiz qədər sevmir, belə qayğı göstərmir.
Çox hörmətli Mehriban xanım, diqqətiniz və göstərdiyiniz kömək sayəsində səhhətim yaxşılaşır.
1992-ci ildə xalqın çətin günlərində yalnız Ulu Öndər xalqa dayaq oldu. Onun tərəfindən müharibə veteranı adı almışam. Əminliklə deyə bilərəm ki, onun sayəsində Naxçıvan, Sədərək işğaldan xilas oldu. Ulu Öndər hər zaman xalqın qayğısına qalmışdır. Nə yaxşı ki, bu işlər bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Xalqımıza, o cümlədən də müharibə veteranlarına böyük qayğı göstərilir.
Dərin hörmətlə,
Qasımov Söhrab Əyyub oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.