Vaqif Mikayılovdan, Bakı, Azərbaycan
20 aprel 2020, 18:23
Möhtərəm cənab Prezident.
Qəzetlərdən oxuyur, televiziyalardan görürük ki, koronavirus səbəbindən bütün dünya iflic vəziyyətindədir. İş yerləri bağlanıb, ölkə iqtisadiyyatları demək olar donub. Sizin pandemiyanın ilk günlərindən vəziyyəti düzgün qiymətləndirib çox ciddi tədbirlər görməyinizin nəticəsidir ki, bu gün ölkəmizdə insanlar bu virusun fəsadlarını demək olar hiss etmirlər.
Azərbaycanımıza, xalqımıza sahib çıxdığınız üçün Sizə sonsuz təşəkkür edirəm. Bu məsuliyyətli fəaliyyətinizdə Sizə yeni uğurlar, cansağlığı və uzun ömür arzulayıram. Allah Sizi, Mehriban xanımı, övladlarınızı qorusun. Amin.
Hörmətlə,
Mikayılov Vaqif Məmməd oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri.