logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elşən Əsədovdan, Tərtər, Azərbaycan

Text size icon-size icon-size

20 aprel 2020, 18:05

Hörmətli cənab Prezident.

Azərbaycan xalqına vaxtında etdiyiniz güzəştlər, aztəminatlı ailələrin sosial durumlarını yaxşılaşdırmağa doğru atdığınız addımlar, işsiz və işaxtaran şəxslərə birdəfəlik ödəmələrin verilməsini 200 min nəfərdən 600 min nəfərə çatdırılması xalqımız üçün çox önəmli addımlardır. Vaxtında verdiyiniz göstərişlərə uyğun olaraq, dövlət sərhədlərinin bağlanılması xalqımız üçün çox önəmli addımdır. Biz həmişə Sizə güvənmişik və bu gündən sonra da güvənimizi sonsuz şəkildə davam etdirəcəyik. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz, ölkə başçımız, Ali Baş Komandanımız var. Cənab Ali Baş Komandan, mən Sizə ailəmiz adından minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əsədov Elşən Şahin oğlu

Azərbaycan Respublikası, Tərtər rayonu, Sarıcalı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi