logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Heydər Səmədovdan, Neftçala, Azərbaycan

Text size icon-size icon-size

20 aprel 2020, 18:00

Cənab Prezident.

Ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyasının genişlənməsi qarşısının alınması məqsədilə təsdiq etdiyiniz müvafiq preventiv və profilaktik tədbirlər, əhalinin aztəminatlı təbəqəsinin sosial dayanıqlığının təmin edilməsi, o cümlədən pandemiyadan əziyyət çəkən sahibkarlara maliyyə dəstəyi verilməsi, insanları sosial həmrəyliyə dəvət etməyiniz dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorlardandır. Fərdi sahibkar, fermer olaraq Sizin apardığınız məqsədyönlü daxili və xarici siyasəti tam dəstəkləyir və Sizin ölkəmizin çətin dönəmində dayanmadan, yorulmadan apardığınız islahatları alqışlayıram. Siz Azərbaycanın inkişafını təmin edirsiniz. Sizin pandemiya şəraitində Azərbaycanı necə qurtardığınız bir tarixdir. Yeni növ koronavirusun böyük insan tələfatı ilə nəticələnməsinin qarşısını almaq Sizin düşünülmüş, qabaqlayıcı tədbirlərinizin sayəsində mümkün olmuşdur. Fərdi sahibkar kimi sosial məsuliyyət dərk edərək Sizin bütün çağırışlarınızı tam şəkildə dəstəkləyirik.

Hörmətlə,

Fərdi sahibkar Səmədov Heydər Əlisa oğlu

Azərbaycan Respublikası, Neftçala rayonu, Mürsəqulu kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi