Qurbanəli Babaşovdan, Şamaxı, Azərbaycan
20 aprel 2020, 16:30
Möhtərəm cənab Prezident.
Hazırda bütün dünyada koronovirus pandemiyasının tüğyan etdiyi bir vaxtda Sizin tərəfinizdən ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində vaxtında qabaqlayıcı tədbirlərin görülməsi təqdirəlayiqdir. Ulu Öndərimizin davamçısı kimi Sizin düşünülmüş siyasətiniz bütün işlərdə olduğu kimi, bu vəziyyətdə də xalqımızın rəğbətini qazanıb. Tərəfinizdən vaxtında və doğru addımlar atılmasaydı bu gün böyük bəlalarla üzləşə bilərdik, necə ki, dünyanın güclü dövlətləri bu pandemiyanın qarşısında acizliklərini etiraf edirlər. Siz həmişə xalqın yanında olmuşunuz, bu gün də xalqa olan sevginizi və səmimiyyətinizi hamı görür. “Biz birlikdə güclüyük!” deməklə xalqımızı bir yumruq kimi birləşdirə bildiniz. Azərbaycanımıza əvəzolunmaz xidmətlərinizə görə, Sizə dərin minnətdarlığımı bildirirəm.
Dərin hörmətlə,
Babaşov Qurbanəli Şahvələd oğlu
Azərbaycan Respublikası, Şamaxı rayonu, Məlcək kəndi.