Aidə Mehdiyevadan, Bakı, Azərbaycan
16 aprel 2020, 17:30
Övladım qədər sevdiyim çox hörmətli Mehriban xanım.
Mən ömrümün 78-ci baharına qədəm qoymuşam. Yaşadığım illər ərzində çox hadisələrə şahidlik etmişəm. Bu gün dünyanı bürüyən virusdan xalqımızın sağ-salamat qurtulması üçün həyata keçirdiyiniz tədbirləri bir ana kimi alqışlayıram. Xalqımızın sağlamlığı naminə həyata keçirilən tədbirlərə görə Sizə minnətdaram.
Doğmalarımla birlikdə evdə qalaraq dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə hörmətimizi nümayiş etdiririk. Qəlbimdən gələn sözlərimi, Sizə olan inam və ehtiramımı nəvəm vasitəsilə çatdırıram. Sizi övladlarım qədər sevirəm.
Hörmətlə,
Mehdiyeva Aidə Yusif qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.