2011-ci il sentyabrın 20-də Bakı şəhərində imzalanmış “Avropa Qeyri-Hökumət Təşkilatları/Vətəndaş Cəmiyyətləri məsləhətləşmə tədbirinin, Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyasının və FAO-nun Avropa üzrə iyirmi səkkizinci Regional Konfransının keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Hökumətinin və Birləşmiş Millətlərin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Öhdəlikləri Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
24 noyabr 2011, 19:50
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il sentyabrın 20-də Bakı şəhərində imzalanmış “Avropa Qeyri-Hökumət Təşkilatları/Vətəndaş Cəmiyyətləri məsləhətləşmə tədbirinin, Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyasının və FAO-nun Avropa üzrə iyirmi səkkizinci Regional Konfransının keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası Hökumətinin və Birləşmiş Millətlərin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Öhdəlikləri Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Memorandumun həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlərin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatını xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr 2011-ci il.