Səidə Şükürovadan, Bakı, Azərbaycan
13 aprel 2020, 18:00
Hörmətli Mehriban xanım.
Mən xalqımızın və bütün dünyanın ağır sınaqlardan keçdiyi bir dövrdə göstərdiyiniz nümunəvi vətənpərvərlik mövqeyinə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Hətta dünyanın ən inkişaf etmiş ölkələrinin belə tədbir görməkdə gecikdiyi bir məqamda Sizin göstərdiyiniz qayğı və diqqət bizim bu sınaqdan da üzüağ çıxacağımızın göstəricisi və qarantıdır. Allah Sizin kölgənizi bu millətin, bu xalqın üzərindən əskik etməsin. Arzu edirəm ki, sosial təcrid günləri tezliklə bitsin. Sosial təcrid günlərindən sonra məktəblərdə ilk dərs gününün ilk dərs saatını Zərifə xanım Əliyevanın və Mehriban xanım Əliyevanın timsalında qəhrəman həkimlərimizə həsr edək. Bu mənim bir ana, bir vətəndaş və bir pedaqoq kimi ən böyük arzumdur.
Hörmətlə,
Şükürova Səidə Əbdülqədir qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.