logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində qulluq keçən dövlət qulluqçularına müalicə müavinəti ödənilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

24 noyabr 2011, 19:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinə uyğun olaraq qərara alıram:

Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində və onun tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda inzibati və yardımçı vəzifə tutan dövlət qulluqçularına hər il məzuniyyətə çıxdıqda və ya il ərzində məzuniyyətə çıxmadıqda əməyin ödənilməsi fondu dairəsində bir aylıq vəzifə maaşı həcmində müalicə müavinəti ödənilir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 noyabr 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi