logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Text size icon-size icon-size

10 aprel 2020, 16:00

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 157, № 10, maddə 886; 2013, № 7, maddə 792; 2014, № 11, maddə 1348; 2019, № 2, maddə 188) ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədinin təsviri”nin yeddinci abzasında və “Dənizçinin şəxsiyyət sənədinin nümunəsi (arxa tərəfi)”ndə “ADMINISTRATION” sözü “AGENCY” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 mart 2020-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi