Kəmalə İsmayılovadan, Gəncə, Azərbaycan


10 aprel 2020, 12:45
Möhtərəm cənab Prezident.
Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirakınız bir daha göstərdi ki, Siz hər bir Azərbaycan vətəndaşının sağlamlığını qorumaq üçün bütün zəruri tədbirləri görürsünüz. Siz həmişə bizi, xalqımızı düşünürsünüz.
Çox hörmətli Prezident, inanırıq ki, bütün dünyanı bürümüş koronavirus bəlası tezliklə bitəcək, Sizin qayğınız və səyləriniz nəticəsində Azərbaycanımız bu böhrandan minimum ziyanla çıxacaq. Bu gün biz Sizin “Biz birlikdə güclüyük!” şüarınıza qoşularaq həmişə Sizinlə olduğumuzu və koronavirusa birlikdə qalib gələcəyimizə əminliyimizi bildiririk. Biz Sizinlə qürur duyuruq. Allah Sizi qorusun, daim var olun. Azərbaycanımızın daha da inkişafı naminə bütün işlərinizdə Sizə uğurlar diləyirik.
Dərin hörmətlə,
İsmayılova Kəmalə Rəşid qızı.
Azərbaycan Respublikası, Gəncə şəhəri.